"Qəbələ" - "Şiroki Briyeq" matçının hakimləri müəyyənləşdi

Sayta qoyulub: 10:29 30.06.2014 (186 dəfə oxunub)

UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində iyulun 3-də Qəbələ şəhərində keçiriləcək "Qəbələ" - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) oyununu idarə edəcək hakimlər müəyyənləşib. Görüş qazaxıstanlı hakim Arton Kuçinə həvalə olunub.  Ona Yengeni Belski və Rustam Suyunov kömək edəcək. Dördüncü hakim isə Denis  İzmayılov olacaq.

XƏBƏR LENTİ