Əfran İsmayılov: “Çox güman, “Bakı”dan ayrılacam”

Sayta qoyulub: 17:52 30.06.2014 (129 dəfə oxunub)

 

Əfran İsmayılov: “Çox güman, “Bakı”dan ayrılacam”
 

“Bakı” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi

- “Bakı”da son durum necədir?

-Hələ ki, məsələ qaranlıq olaraq qalıb. İstəyirik ki, bizə dəqiq bir söz deyilsin.  Klubda vəziyyət düzəlmirsə, bizim transfer vərəqəmizi versinlər, işimizi bilək. Hələ ki, heç kim bizə yaxınlaşıb demir ki, vəziyyət necə olacaq. Əvvəlcə dedilər ki, komanda iyulun 1-də toplanacaq. Daha sonra bu müddəti ayın 5-nə qədər uzatdılar.  Ancaq inanmıram ki, hansısa toplanış olsun. 

- Komanda iyunun 28-də bir araya gəldi.  Toplantıda futbolçulara nə söz verildi?

-  Həmin gün də bizə dəqiq bir söz verilmədi. İndidən işimizi bilməliyik. Sonra başqa kluba keçmək də gec olacaq. Allaha şükür ki, ortalıqda qalası futbolçu deyiləm. Ancaq vaxtında bizə dəqiq söz deyilməlidir ki, futbolçular da pis vəziyyətə düşməsin. Digər komandalarımızın bəziləri artıq təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb. Ona görə də həmin klublar transfer işlərini də yekunlaşdırmaq üzrədir. Belə olan halda futbolçularımızın özünə klub tapması da çətin olacaq. 

- Ötən müsahibəndə “Bakı”dakı gələcək teleyinin baş məşqçi Pantiçin qərarından asılı olduğunu demişdin. 

- Burada heç baş məşqçilik də bir şey yoxdur. Pantiç də hələ Azərbaycana qayıtmayıb. Ondan da “Bakı”nın  taleyi haqda soruşmuşuq. Deyib ki, mən də hələ heç nə bilmirəm. 

- Rauf Əliyev artıq “Xəzər Lənkəran”la razılıq əldə etdiyini və “Bakı”dakı vəziyyət düzəlməsə, cənub klubuna keçə biləcəyini deyib. Sən necə, hansısa klubla danışıq aparmısan?

- Hazırda bir yox, bir neçə variant üzərində işləyirik. Menecerim bir neçə klubla danışıq aparır. “Bakı”da qalmasam, həmin klubların birində çıxış edəcəm. Çox güman ki, “Bakı”dan ayrılmalı olacam. Hazırkı vəziyyət onu göstərir. Ancaq yenə də dəqiq bir söz deyə bilmirəm. İlk növbədə klubdan bizə komandanın gələcək taleyi haqda məlumat verilməlidir ki, nəsə deyə bilək. 

- Ölkə xaricindən təklif almısan?

- Bu barədə indidən danışmasam yaxşı olar.

- Yəqin ki, yaxın günlərdə yeni klubunun adı məlum olacaq.

- Bir müddət də gözləsək, hansısa kluba keçidim alınmaya da bilər. 

Qol.az

XƏBƏR LENTİ