"Elfsborq"un məşqçisi "İnter"in oyununu izləyəcək

Sayta qoyulub: 13:19 01.07.2014 (252 dəfə oxunub)

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" iyulun 3-də bu turnirin birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"u ilə ilk matçına çıxacaq. Tiraspoldakı qarşılaşmanı İsveçin "Elfsborq" klubunun məşqçisi də izləyəcək. Məsələ burasındadı ki, İsveç klubu növbəti mərhələdə "İnter" - "Tiraspol" cütünün qalibi ilə qarşılaşacaq. Bu üzdən də "Elfsborq" rəhbərliyi potensial rəqiblərin oyununu daha yaxından izləmək üçün öz nümayəndələrini bu komandaların görüşünə göndərəcək.

XƏBƏR LENTİ