"Xəzər-Lənkəran" iyulun 6-da Sloveniyaya gedir

Sayta qoyulub: 17:59 01.07.2014 (79 dəfə oxunub)

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışının birinci hissəsini davam etdirən “Xəzər Lənkəran” iyulun 6-da qardaş ölkədəki hazırlıqları başa vuracaq. “Ağ-yaşıllar” toplanışın ikinci mərhələsini Sloveniyada keçirəcək. Cənub təmsilçisi həmin ölkəyə iyulun 6-da yollanacaq və iyulun 29-dək məşqləri davam etdirəcək. Artıq baş məşqçi Oğuz Çətinin komandasının Sloveniyada qalacağı otel də məlumdur.

 Belə ki, komanda Toplise yaxınlığındakı 5 ulduzlu “Livada Prestij” otelində məskunlaşacaq.

XƏBƏR LENTİ