Dieqo Koştanın transferi tam həll edildi

Sayta qoyulub: 20:04 01.07.2014 (563 dəfə oxunub)

Bu gün Çelsi rəsmi saytında Atletiko Madridlə Dieqo Koştanın transferinin razılaşdırıldığını elan edib. İngiltərə klubu 25 yaşlı futbolçunun müqaviləsində yazılmış məbləği ödəməyə razıdır. Transferin tam detalları ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, keçidin  € 43 milyon  olduğu bildirilmişdi. Futbolçu ilə müqavilə isə 5 illik olacaq. Koştanın həftəlik məvacibi  € 185 min olacaq. Xatırladaq ki, Koşta 2010-cu ildən Atletikoda çıxış edir və 93 oyunda 43 qol vurub.


Dieqo Koştanın transferi tam həll edildi

XƏBƏR LENTİ