Nadal 19 yaşlı tennisçiyə məğlub oldu

Sayta qoyulub: 21:34 01.07.2014 (486 dəfə oxunub)

Mövsümün üçüncü "Böyük dəbilqə" tennis turniri olan  Wimbledonun 4-cü  turunda,  dünya reytinqinin  144-cü nömrəsi Avstraliyalı Nick Kyrgios   Rafael Nadalı 3-1 məğlub edərək karyerasının ən böyük uğuruna imza atıb.

Ötən il ilk turda  Belçikalı Steve Darcisə məğlub olan  Rafael Nadal  19 yaşlı idmançının qarşısında aciz qalıb.Görüş gənc tennisçinin  7-6, 5-7, 7-6 və 6-3-lük setlərlə qələbəsilə başa çatıb.

Bununla da  Kyrgios 1/4 finala vəsiqə əldə edib.

Nadal 19 yaşlı tennisçiyə məğlub oldu

XƏBƏR LENTİ