"İnter" artıq Moldovadadır

Sayta qoyulub: 05:36 02.07.2014 (116 dəfə oxunub)

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" artıq Moldovadadı. İyulun 3-də bu ölkənin "Tiraspol" klubu ilə ilk oyununa çıxacaq komandamız matçın keçiriləcəyi Tiraspola çatıb. Qeyd edək ki, "İnter" Moldovaya birbaşa təlim-məşq toplanışında olduğu Avstriyadan yollanıb. Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Tiraspol" - "İnter" matçı iyulun 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

XƏBƏR LENTİ