Zirədə futbol klubu yaradıldı

Sayta qoyulub: 05:49 02.07.2014 (246 dəfə oxunub)

Azərbaycanda daha bir komanda rəsmən fəaliyyətə başlayıb. Adı “Zirə” olan bu komanda məhz həmin ərazini təmsil edəcək. Növbəti mövsümdən birinci divizionda yarışacaq komanda dünən ilk məşqinə çıxıb. Tanışlıq xarakterli məşq Zirə qəsəbə stadionunda reallaşıb. Məşqdə çox sayda gənc oyunçu iştirak edib. Onlar arasında ötən mövsümü “Bakılı”da, eləcə də “Simurq”un əvəzedici heyətində keçirənlər də var. Qeyd edək ki, bu komandanın əvvəlcə “Vətən” adlandırılması nəzərdə tutulmuşdu. Amma son anda fikir dəyişikliyi olub.

XƏBƏR LENTİ