"Real" Falkaoya görə 45 milyon avro ödəmək istəmir.

Sayta qoyulub: 10:54 02.07.2014 (433 dəfə oxunub)

"Real" və "Monako" Radamel Falkaonun Madrid klubuna transfer olunması ilə bağlı danışıqlar aparmağa davam edirlər. Bu barədə L'Equipe yazır. 

 

"Real" kolumbiyalı hücumçuya görə 45 milyon avro ödəmək niyyətində deyil - "Monako" ötən il məhz bu məbləğ qarşılığında Falkaonu "Atletiko"dan transfer etmişdi. 

 

Futbolçunun "knyazlıq klubu" ilə 5 illik müqaviləsi nəzərdə tutulub, illik məvacibi isə 14 milyon avro təşkil edir. Falkaonun müqaviləsində "Monako"nu "Real"la danışıqlar aparmağa məcbur edən bənd yer alır. 

 

Daha öncə Radamel Falkaonun "Kral klubu"na keçmək üçün məvacibinin azalmasına da razı olacağı qeyd olunurdu. 

"Real" Falkaoya görə 45 milyon avro ödəmək istəmir.

XƏBƏR LENTİ