"Qəbələ"nin rəqibi gəldi

Sayta qoyulub: 11:56 02.07.2014 (382 dəfə oxunub)

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” klubunun rəqibi “Şiroki Briyeq” (Bosniya və Hersoqovina) artıq Azərbaycandadır. Bosniya təmsilçisi bu gün səhər saatlarında Azərbaycana gəlib. Komanda hava limanından birbaşa Qəbələyə yollanıb.

“Karvansaray” otelində məskunlaşan komanda bu gün saat 20:00-da məşqə çıxacaq. Qeyd edək ki, “Qəbələ - “Şiroki Briyeq” oyunu sabah saat 20:00-da başlayacaq.

XƏBƏR LENTİ