FİFA Anar Salmanov və Əliyar Ağayevə yeni təyinat verdi

Sayta qoyulub: 12:04 02.07.2014 (539 dəfə oxunub)

FİFA referiləri Əliyar Ağayev və Anar Salmanov avrokubok oyunlarına təyinat alıblar. Əliyar Ağayev Çempionlar Liqası, Anar Salmanov isə Avropa Liqasının oyunlarında ədaləti təmsil edəcəklər.

Çempionlar Liqası
 
II təsnifat mərhələsi. 23 iyul

"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov
Dördüncü hakim: Rauf Cabbarov
 

Avropa Liqası 

II təsnifat mərhələsi. 24 iyul


"Vaduts" (Lixtenşteyn) / "Collage Europa" (Cəbəllütariq) - Ruch Chorzow (Polşa)
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif Musayev
Dördüncü hakim: Rəhim Həsənov

XƏBƏR LENTİ