Rauf Əliyev: "Xəzər-Lənkəran"dan başqa variantım da var"

Sayta qoyulub: 12:37 02.07.2014 (230 dəfə oxunub)

"Xəzər Lənkəran"ın 4 gözlə gözlədiyi hücumçu Rauf Əliyev gündəmi dəyişəcək açıqlama verib. Problemlər məngənəsində olan "Bakı"dan ayrılmaq üzrə olan Rauf "Xəzər Lənkəran"a yox, bir başqa ölkə təmsilçisinə keçmək arzusundadır.  
Bu barədə Əliyevin özü məlumat verib. Rauf bildirib ki, əgər danışıqlar müsbət yekunlaşsa, o zaman legioner həyatı yaşayacaq:

"Xəzər Lənkəran" məsələsi var və bu hər kəsə məlumdur. Amma digər bir məsələ var ki, onun alınmasını arzu edirəm. Əgər qismət olsa, legioner həyatı yaşayacağam".

 

Qeyd edək ki, Rauf Əliyev "Bakı"dan öncə "Qarabağ"da çıxış edib. 

XƏBƏR LENTİ