AZAL-da yeni oyunçu

Sayta qoyulub: 13:42 02.07.2014 (100 dəfə oxunub)

AZAL yeni mövsüm üçün heyəti gücləndirmək yolunda növbəti addımı atıb. “Təyyarəçilər” Orxan Lalayevin I dəstədə çıxış edəcək “Rəvan”dan transferini rəsmən bitirib. Universal müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, AZAL-da icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, bu, AZAL-ın 6-cı transferidir. Asif Mirili və Stanislav Namaşko ilə 2 illik müqaviləyə qol çəkilib. Novruz Məmmədov “Rəvan”dan, Eltun Yaqublu və Təmkin Xəlilzadə isə “Qarabağ”dan icarəyə götürülüb. 

XƏBƏR LENTİ