"Arsenal" Aleksis Sançes üçün rəsmi təklif göndərdi.

Sayta qoyulub: 19:40 02.07.2014 (325 dəfə oxunub)

"Arsenal" "Barselona"nın hücumçusu Aleksis Sançesə görə rəsmi təklif ünvanlayıb. Londonlular futbolçunun alınması üçün 40 milyon avrosundan keçməyə hazırdırlar. 

 

"Topçular"ın baş məşqçisi Arsen Venger Çili millisinin hücumçusunu yay transfer pəncərəsində əsas hədəf kimi görür. Fransız mütəxəssis Sançesin şəxsi müqaviləsini razılaşdırmaq üçün yaxın zamanda onun agenti ilə görüşəcək. 

 

"Barselona"nın bu təklifdən razı qaldığı və transferdən gələn pulları başqa futbolçuların alınmasına yönəldəcəyi söylənilir. 

"Arsenal" Aleksis Sançes üçün rəsmi təklif göndərdi.

 

XƏBƏR LENTİ