Cəzalı Tsxadadze "İnter"in "Tiraspol"la oyunlarında olmayacaq

Sayta qoyulub: 19:45 02.07.2014 (121 dəfə oxunub)

Məlum olduğu kimi, sabah Bakı vaxtı ilə saat 22.00-da "İnter" komandası səfərdə Moldovanın "Tiraspol" klubu ilə qarşılaşacaq. Bankirlərin baş məşqçisi Kaxaber Sxadadze komandasını həm səfər, həm də ev oyununda meydana çıxara bilməyəcək.  Məsələ burasındadır ki, Kaxa ötən Avroliqa çərçivsində "Tromse" ilə oynanılan matçda hakimlər tərəfindən texniki zonadan qovulmuşdu və nəticədə  UEFA tərəfindən iki oyunluq cəza almışdı. Buna görə də, gürcü mütəxəssis cəzasını məhz "İnte"rin "Tiraspol" ilə keçirəcəyi qarşılaşmalarda çəkəcək.

XƏBƏR LENTİ