"Bakı"nın daha bir futbolçusu FİFA-ya şikayət edəcək

Sayta qoyulub: 19:59 02.07.2014 (380 dəfə oxunub)


“Bakı” pullarımızı verməyib”. Bunu “Bakı”dan ayrılan rumıniyalı futbolçu Marius Pena deyib.

 O bildirib ki, əgər pullarını almasa, FİFA-ya şikayət edəcək: “Bakı”dan heç kimlə söhbət etməmişəm. İnanıram ki, klubun sahibi Hafiz Məmmədov məsələləri həll edəcək. Onlardan bir xəbər gözləyirəm. Düşünürəm ki, bütün problemlər həllini tapacaq və bizə alacağımız məbləğ ödəniləcək. Yox, əgər pullarımı ala bilməsəm, FİFA-ya şikayət edəcəyəm”.

XƏBƏR LENTİ