Türklər Azərbaycanda, azərbaycanlılar isə Türkiyədə legioner sayılmayacaq

Sayta qoyulub: 20:02 02.07.2014 (568 dəfə oxunub)

Peşəkar Futbol Liqası qardaş Azərbaycan və Türkiyə dövlətlərinin futbolunun yaxınlaşması istiqamətində vacib bir addıma hazırlaşır. Türkiyəli futbolçular Azərbaycan Premyer-Liqasında, azərbaycanlı futbolçular isə Türkiyə Super Liqasındakı statusuna dair məsələyə baxıla, onların legioner sayılmaması qərarı qəbul edilə bilər. Bunu PFL prezidenti Ramin Musayev deyib. O, qeyd edib ki, bununla əlaqədar Türkiyə Futbol Federasiyasına məktub ünvanlanıb: “Artıq bu həftə məsələ öz həllini tapa bilər. Biz istəyirik ki, sözügedən ölkələrin futbolçuları qonşu ölkədə çıxış edəcəyi halda, legioner hesab olunmasın. Türkiyəli həmkarlarımızla müzakirələrə hazırıq. Razılığa gələ bilsək, növbəti mövsümdən bu qayda qüvvəyə minə bilər".

 

Hazırkı qaydaya görə, azərbaycanlı futbolçular Türkiyənin aşağı dəstəsi – I Lig-də legioner sayılmırlar. İstənilən klub 2 həmyerlimizi heyətinə qata bilər. Son illərdə yetərincə futbolçumuzun məhz bu liqaya üz tutmasına səbəb də budur.

 

XƏBƏR LENTİ