Dünya çempionat. 1/4 finallar

Sayta qoyulub: 06:27 03.07.2014 (843 dəfə oxunub)

 

BRAZİLİYA - KOLUMBİYA

Dünya çempionat. 1/4 finallar

Braziliya mündialın meydan sahibləri və əsas favoritidir. Amma qrup mərhələsində və 1/8 finaldakı oyunlarda Braziliya heç də istənilən oyunu göstərə bilmədi. Komandanın çox güclü müdafiə xətti var. Thiago Silva, David Luiz, Marcelo, Dani Alves hardasa öz mövqelərində bir nömrədilər.

Amma Braziliya futbolu tarixində bəlkə də ilk dəfədir ki, belə zəif hücum xəttinə malikdir. Çili ilə oyunda xüsusilə komandanın mərkəz hücumçularının çox zəif təsir bağışladığı göründü... İstər Fred, istərsə də Jo...

Bundan başqa dayaq yarımüdafiəçisi Luis Gustavo sarı kart limitin doldurub və Kolumbiya ilə oyunda oynamayacaq. Bu baxımdan Scolarinin onu kimlə əvəz edəcəyi mənə maraqlıdır.

Kolumbiyaya gəlincə, komanda fantastik çıxış edir.Qrupda rəqiblərini əzərək 1/8 finala adladı və burada isə Uruqvaya heç bir şans vermədi.

Kolumbiya çox gözəl kollektivə malikdir. Cuadrado, Rodriguez, Martinez kimi futbolçular istənilən oyunun taleyini həll edə bilən futbolçulardı.

Kolumbiyalı futbolçular Braziliyaya uduzsalar da vətənlərində qəhrəman kimi qarşılanacaqlar. Onlar üzərində təzyiq yoxdu və tam rahat oyuna çıxacaqlar.

Braziliyada isə vəziyyət tam əksinədi. Lakin bütün bu amillərə baxmayaraq mən Braziliyanı favorit görürəm. Çünki Braziliya xalqının yarısı stadionların tikintisi, bərpası və ümumilikdə mundiala hazırlaşmaq üçün öz əmək haqqlarından olublar....onlar komandalarından ən azı final gözləyirlər...Və Braziliya 1/4-də Kolumbiyaya uduzsa əhali ayağa qalxar və bu vəziyyətdə Braziliya Futbol Federasiyasının nə edəcəyin düşünmək çətindi. Fikrimcə, Braziliya yığması nəyin bahasına olursa olsun qələbə qazanmağa çalışacaq.

FRANSA - ALMANİYA

Dünya çempionat. 1/4 finallar

Fransa mundiala ciddi itkiylə gəlmişdi. Komandanın əsas lideri Frank Ribery mundialdan az öncə zədələndi. Bundan başqa Deşamın Samir Nasrini mundiala aparmaması Fransadan olan gözləntiləri aşağı salırdı.

Lakin bunların tam əksinə olaraq Fransa qrupda çox parlaq oyun göstərdi. Komanda müdafiəni gözəl təşkil edib əks hücumlarda əla təsir bağışlayırlar. Komandanın Benzema kimi hücmçusu və lideri var.

Almaniyaya gəlincə mundialdan əvvəl əsas favorit hesab olunurdu.Ümumiyyətlə, Almaniya bütün mundialların favoritlərindəndir.

Lakin qeyd etmək istəyirəm ki, almanlar Portugaliya ilə oyundan başqa bütün digər matçları çox ağır keçirdilər və istənilən oyunu görmədim onlardan.

Almaniya yığmasının əksər futbolçusu Bayern Münhenin şərəfini qoruyur: Lahm, Neuer, Boateng, Bastian, Kroos, Müller, Götze... Qvardiolanın Bayern Münhenı qısa paslarla tiki takanı öyrətməsi... Alman və ispan futbolunun sintezini yaratması almanların oyununa çox təsir edib. Əvvəllər onlar 2-3 dəqiq ötürməyə sürətlə rəqibin cərimə meydançasına çatırdılar. İndisə uzun uzadı qısa paslar verirlər və mən əvvəlki Almaniyanı görmürəm...

Bundan başqa, Almaniya yığması ciddi itki ilə üz-üzə qalıb. Komandanın əsas mərkəz müdafiəçisi Mats Hummels zədəlidi və Fransa ilə oyunda meydana çıxması sual altındadır.

Fransızlarda Sakho şübhəli olsa da Kosiyenli, Varan onun yerini layiqincə doldura bilərlər. Fikrimcə, daha həvəsli və sürətli Fransa yığması əks-hücumlarda Almanlara sarsıdıcı zərbə vurub qalib gələcək.

HOLLANDİYA - KOSTA RİKA

Dünya çempionat. 1/4 finallar

Ümumiyyətlə bu komandaların heç biri mundialdan əvvəl favorit hesab edilmirdi. Amma onlar hardasa tam əksini sübut etdilər.

Başlayaq Hollandiyadan.

Narıncılar ilk oyundaca son dünya çempionu İspaniyanı meydandan silib məhv etdilər - 5-1...Sonra Avstraliya və Çili yığmaları üzərində qələbələr Hollandların heç də sıradan bir olmadığnı sübut etdi.

Lakin 1/8 finalda Meksika ilə oyun çox ağır oldu. Hollandlardan əsas heyət oyunçusu olan Nigel De Yong zədəlidir.

Kosta Rikaya gəlincə komanda hardasa fantastik oyun nümayiş etdirdi və bu Dünya çempionatının möcüzəsidir. Ölüm qrupunda 3 Dünya çempionunu üstələyərək qrup lideri kimi qrupu adladı.

Kosta Rika bu oyunda 0-10 uduzsa belə, onsuz da vətənlərində qəhrəman kimi qarşılanacaqlar. Onlardan gözlənilənin bəlkə də 3 qatını ediblər. Bu baxımdan onlar matça daha rahat çıxacaqlar, üzərlərində təzyiq olmayacaq. Amma məncə Kosta Rika möcüzəsi də bura qədərdir. Hollandiya çətinliklə də olsa yarımfinala adlayacaq.

ARGENTİNA - BELÇİKA

Dünya çempionat. 1/4 finallar

Argentina mundialın əsas favoritlərindən hesab olunur. Komandanın heyətində Messi, Aguero, Di Maria, Lavezzi, Higuain, Mascherano kimi futbolçular var.

Belçika isə Hazard, Mirallas, Fellaini, De Bruyne,Origi kimi futbolçularla önə gəlir....

Hər iki komandada mundial ərzində eyni tendensiya müşahidə olunur. Hər iki yığma qrupda çətin qələbələr qazandı və hər ikisi qrupu lider kimi tamamladı. Hər iki komanda 1/8 finalda ağır qələbə qazandı. Amma oyun stilləri tam fərqlidir.

Argentinanı hardasa Messi təkbaşına öz ardınca apardığı halda, Belçika kollektiv komanda oyunu ilə bura qədər gəlib. Müdafiə xətti olduqca güclü olan Belçikaya qarşı Argentinanın super hücum xəttinin necə mübarizə aparacağı mənə maraqlıdır. Hər iki komandanın şanslarını bərabər qoymətləndirirəm.

 

 

 

Sebuhi706

XƏBƏR LENTİ