"Qəbələ" rumıniyalı qapıçı ala bilər

Sayta qoyulub: 10:42 03.07.2014 (120 dəfə oxunub)

Rumıniyanın “Unirya” klubunun qapıçısı Kristian Balqraden Azərbaycanda oynaya bilər. Bu barədə “gsp.ro” saytı məlumat yayıb.

 26 yaşlı çərçivə qoruyucusunun hazırda məxsus olduğu klubla problemi olduğundan komandadan ayrılmaq istəyir. Onun xidmətində bir çox klublar maraqlıdır.

 Həmçinin, Azərbaycanda “Qəbələ” klubunun baş məşqçisi olan Dorinel Muntyanu da Balqradeni komandasında görmək istəyir. Başqa klublardan təkliflər olsa da, millinin sabiq qapıçısının Muntyanunun yanına getmək ehtimalı daha yüksəkdir. Bu transferin yaxın günlərdə həll olunacağı bildirilir.

XƏBƏR LENTİ