"Rəvan"ın oyunçusu "Araz Naxçıvan"ın düşərgəsində

Sayta qoyulub: 10:42 03.07.2014 (209 dəfə oxunub)

Premyer Liqanın debütantı “Araz Naxçıvan” düşərgəyə yeni futbolçu cəlb edib. Söhbət 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının, eləcə də “İnter” və “Qarabağ”ın sabiq üzvü Elnur Abdulovdan gedir. Son olaraq, “Rəvan”da çıxış etmiş yarımmüdafiəçi hazırda Naxçıvan klubunun məşqlərinə qatılır.

Lakin məsələ hələ konkretləşməyib. Əgər Əsgər Abdullayev futbolçunun hazırlığından razı qalsa, “Rəvan” onu bir illik icarəyə verəcək. Futbolçuya azad agent statusununun verilməsi də mümkündür.

XƏBƏR LENTİ