"Bakı"nın futbolçusu rəsmən Türkiyə klubunda

Sayta qoyulub: 11:45 03.07.2014 (449 dəfə oxunub)

21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Rəhman Hacıyevin Türkiyə birinci liqasında mübarizə aparan “Qaziantep BB” klubuna keçdiyini xəbər vermişdik. Müqavilə ilə “Bakı”ya məxsus olan hücumameyilli yarımmüdafiəçi qarşıdakı bir ili icarə əsasında Nurullah Sağlamın komandasında keçirəcək.

Artıq bu barədə Türkiyə mətbuatı da məlumat yayıb. telgraf.net saytı Rəhmanla bütün məsələlərdə razılığın əldə olunduğunu vurğulayıb.

 

 

Qeyd edək ki, birinci liqada çempionluğu hədəfləmiş komanda bundan öncə Vaqif Cavadovu heyətə cəlb edib.

XƏBƏR LENTİ