"Barselona"dan Suares üçün yeni təklif.

Sayta qoyulub: 12:00 03.07.2014 (601 dəfə oxunub)

"Barselona" "Liverpul"un hücumçusu Luis Suaresə görə təklif göndərib.

 

Kataloniya təmsilçisi Uruqvay millisinin futbolçusuna görə 70 milyon funt ödəməyə və ya keçid zamanı Aleksis Sançesdən istifadə etməyə hazırdır. Lakin çilili forvard "Liverpul"a keçmək istəmədiyindən, transferin tam məbləğ qarşılığında baş tutacağı variantı daha real görünür. 

 

Danışıqların intensiv keçdiyi, amma keçidin hələ də tam reallaşmaması bildirilir. 

"Barselona"dan Suares üçün yeni təklif.

XƏBƏR LENTİ