"Qalatasaray"ın baş məşqçisi Prandelli olacaq

Sayta qoyulub: 13:32 03.07.2014 (284 dəfə oxunub)

Dünya çempionatında qrup mərhələsini aşa bilmədikdən sonra İtaliya yığmasını tərk edən Çezare Prandelli Türkiyəyə üz tuta bilər. İtaliyalı mütəxəssis “Qalatasaray”la danışıqlara başlayıb. Məlumatı İstanbul klubu da təsdiqləyib. 56 yaşlı çalışdırıcı hazırda Romada Cim-Bom nümayəndələri ilə görüşür. İtaliya mətbuatı yazır ki, tərəflər razılığa gəlməyə yaxındırlar. Artıq bu gün Prandellinin təyinatı barədə rəsmi məlumat yayıla bilər. Güman olunur ki, onun yeni komandasında illik maaşı 5 milyon avro olacaq. 

"Qalatasaray"ın baş məşqçisi Prandelli olacaq

XƏBƏR LENTİ