Bolqarıstan milisinin qapıçısı "Xəzər-Lənkəran"a keçə bilər

Sayta qoyulub: 13:33 03.07.2014 (217 dəfə oxunub)

Türkiyənin Ərzurum bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” düşərgəyə yeni qoşulan yarımmüdafiəçi Fernando Qabriellə anlaşmaq fikrindədi. Braziliyalı futbolçu tibbi müayinədən uğurla keçəcəyi təqdirdə, onunla il yarımlıq müqavilə bağlanacaq.

 Klubdan bildirilib ki,  Bolqarıstan yığmasının qapıçısı Vladislav Stoyanov menecerlər tərəfindən “Xəzər Lənkəran”a təklif olunub. Lakin onun haqqında qərar qarşıdakı günlərdə veriləcək.  

XƏBƏR LENTİ