Lukaku "Atletiko"da

Sayta qoyulub: 13:55 03.07.2014 (571 dəfə oxunub)

“Çelsi”nin hücumçusu Romelu Lukaku çox güman ki, yeni mövsümü “Atletiko”da keçirəcək. London klubu 21 yaşlı forvardı bir illik icarəyə verməyə razılaşıb. Bu barədə El Confidencial məlumat yayıb. Hələlik Tibo Kurtuanın gələcəyi sual altındadır. Tərəflər onun da karyerasını harada davam etdirəcəyi ilə bağlı müzakirələr aparırlar. 

Yeri gəlmişkən, “zolaqlılar” təkcə Lukaku ilə kifayətlənmək istəmirlər. Növbəti hədəfin “Mançester Siti”nin hücumçusu Alvaro Neqredonun olduğu bildirilir.

Lukaku "Atletiko"da


XƏBƏR LENTİ