"Neftçi" Kiyev "Dinamo"su ilə heç-heçə oynadı

Sayta qoyulub: 16:30 03.07.2014 (206 dəfə oxunub)

Növbəti mövsümə və Avropa Liqasına hazırlığı Avstriyada davam etdirən Azərbaycan Kubokunun qalibi "Neftçi" bu gün sözügedən ölkədə ilk sınaq matçına çıxıb. Böyükağa Hacıyevin rəqibi Ukrayna nəhəngi - Kiyev "Dinamo"su olub.

"Neftçi" oyuna aşağıdakı start heyətlə çıxıb: Saşa Stamenkoviç, Elvin Yunuszadə, Karlos Kardoso, Məqsəd İsayev, Bruno Bertuççi, Erik Ramos, Kaue, Araz Abdullayev, Flavinyo, Julius Vobay, Ernest Nfor.

Qarşılaşmaya gəlincə, ilk yarıda iki erkən qol buraxan "ağ-qaralar" sonradan buraxılan qolların əvəzini çıxa biliblər. Oyun sülhlə başa çatıb.

Yoxlama oyunu
3 iyul

Neftçi - Dinamo - 2:2 (1:2)
Qollar: Ribalka, 31 (0:1), Yarmolenko, 35 (0:2), Flavinyo, 40 (1:2), E.Nfor, 51 (2:2)

XƏBƏR LENTİ