AFFA prezidenti nazirlə birgə "Qəbələ"nin oyununda

Sayta qoyulub: 16:36 03.07.2014 (100 dəfə oxunub)

Avropa Liqasının birinci təsnifat mərhələsinin bu gün keçiriləcək “Qəbələ” – “Şiroki Briyeq” oyunu Azərbaycan hökumətinin yüksəkçinli məmurları da izləyəcək.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev də matçı stadiondan canlı izləyəcəklər.

Tamaşaçılar arasında “Qəbələ” klubunun prezidenti Tale Heydərov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də olacaq.

Xatırladaq ki,  “Qəbələ” – “Şiroki Briyeq” matçı bu gün saat 20.00-da başlanacaq.

XƏBƏR LENTİ