"Neftçi"nin əvəzediciləri Gürcüstan klubuna uduzdu

Sayta qoyulub: 16:40 03.07.2014 (92 dəfə oxunub)

Yeni mövsümə hazırlıqlarını Gürcüstanın Ureki şəhərində davam etdirən “Neftçi”nin əvəzedici heyəti təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. "Ağ-qaralar" Gürcüstan çempionatının birinci liqa təmsilçisi “Mertsxali” (Ozurqeti) klubu ilə qarşılaşıb.

Görüş əvəzedicilərin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. “Neftçi”nin yeganə qolunu Elvin Nəsibov vurub.

İyulun 10-dək təlim-məşq toplanışında olacaq "Neftçi" növbəti yoxlama oyununu ayın 9-da keçirəcək. Rəqib haqda məlumat veriləcək.

XƏBƏR LENTİ