"Monako" Valdesdən imtina etdi.

Sayta qoyulub: 16:57 03.07.2014 (288 dəfə oxunub)

"Barselona"dan ayrılan Viktor Valdes "Monako"da tibbi müayinədən keçə bilmədi. Bu haqda "knyazlıq klubu"nun rəsmi twitter səhifəsi xəbər verib. 

 

Martda dizindən ağır zədə alan ispaniyalı qolkiper mövsümün qalan hissəsini buraxmalı olmuşdu. "Monako"nun vitse-prezidenti Vadim Vasilyev Valdesin hələ də zədəli olduğuna görə keçidin baş tutmadığını açıqlayıb. 

 

Beləliklə, 32 yaşlı qapıçı azad agent qalmaqda davam edir. "Baselona" isə artıq onun yerini Mark-Andre ter Ştegen və Klaudio Bravo ilə doldurub. 

"Monako" Valdesdən imtina etdi.

XƏBƏR LENTİ