"Qəbələ"nin keçmiş oyunçusu "Krasnodar!a keçir

Sayta qoyulub: 17:03 03.07.2014 (196 dəfə oxunub)

“Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylov karyerasını Rusiyada davam etdirə bilər. Rusiyalı yarımmüdafiəçi “Krasnodar”la danışıqları yekunlaşdırmaq üzrədir.
Müqavilə ilə Portuqaliya “Porto”suna məxsus 31 yaşlı futbolçu vətənində də icarə əsasında çıxış edəcək. Tərəflər arasında razılığın yaxın günlərdə əldə ediləcəyi gözlənilir.
Qeyd edək ki, “Qəbələ”nin yarım illik icarəyə götürdüyü Marat 2013/14 mövsümünün ikinci yarısında 14 çempionat oyununda 1 qol vurub. İzmaylov Topaz Premyer Liqasının bürünc mükafatını qazanıb və Azərbaycan kubokunun finalçısı olub.

XƏBƏR LENTİ