Hafiz Məmmədov "Lans"a lazım olan pulu köçürdü

Sayta qoyulub: 19:07 03.07.2014 (408 dəfə oxunub)

Deyəsən həqiqətən də artıq Hafiz Məmmədov üçün "Bakı" arxa plana keçib. Bildiyiniz kimi, futbolçuların maaşı ödənməyib, komandanın Avstriya toplanışı ləğv olunub, futbolçular bir-bir düşərgəni tərk edir. Digər tərəfdən isə "Lans"nağzını açıb pul gözləyir ki, banka köçürdüb Fransa 1 Liqasında oynamaq üçün lisenziya alsınlar. Bu yaxınlarda Məmmədovun "Bakı"nın futbolçularının pulunu vermək imkanı olub.

 

Lakin o, "Bakı" və "Lans" arasında seçim edərək, üstünlüyü "Lans"a verib və əlindəki pulu Fransa klubunun hesabına köçürüb ki, klub yüksək liqada almaq üçün lisenziya ala bilsin. 

 

Qeyd edək ki, artıq həmin pul "Lans"ın hesabına köçürülüb. Təsadüfi deyil ki, Fransanın "Butfootballclub.fr" saytı da belə bir xəbər yayıb ki, "Lans"ın yeni mövsümdən Liqa 1-də çıxış edəcəyi təsdiqlənib: "Hafiz Məmmədov lazımı məbləği klubun hesabına köçürüb. "Lans" yeni mövsümdə Liqa 1-dəçıxış edə biləcək". 

 

XƏBƏR LENTİ