"Tiraspol"un baş məşqçisi: "Azərbaycanda tam fərqli oyun göstərməliyik"

Sayta qoyulub: 05:28 04.07.2014 (726 dəfə oxunub)

Moldovanın "Tiraspol" klubunun hücumçusu Georgi Boqyu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. O, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:

- Bu, komandamız üçün pis oyun idi. Təəssüf ki, ələ düşən bütün şanslarımızdan yararlana bilmədik. Ən böyük problemimiz isə onda oldu ki, ilk 10 dəqiqə ərzində iki erkən qol buraxdıq.

- Belə başlanğıca səbəb nə idi?
- Yəqin ki, belə başlanğıcı gözləmirdik. İlk qolu penaltidən buraxdıq, ikincini əks-hücumda. Fikrimcə, oyunumuzda diqqətsizlik vardı. Məhz buna görə iki qol buraxdıq.

- Bəs son anda sizi oyuna nə qaytardı?
- Evdə oynadığımızı, azarkeşlərimiz qarşısında uduzduğumuzu başa düşməyimiz. Təəssüf ki, oyunun əvvəlində konsentrasiyanı itirdik. Buna baxmayaraq, qol vurmaq üçün çox şansımız oldu. Mənə elə gəlir ki, qol vəziyyətlərinə görə biz "İnter"dən daha yaxşı idik.

- Cavab matçı üçün oyununuzda dəyişiklik edəcəksiz?
- Yəqin ki, dəyişərik. Bu oyunu analiz edəcəyik. Cavab oyununda tamamilə fərqli futbol sərgiləməliyik. Azərbaycanda qol vurmalıyıq ki, növbəti mərhələyə adlayaq. 

XƏBƏR LENTİ