"Barselona" Suaresin transferini həll etdi - 90 milyon

Sayta qoyulub: 08:04 04.07.2014 (5954 dəfə oxunub)

“Barselona” və “Liverpul” arasında Luis Suaresin transferiylə bağlı danışıqların növbəti mərhələsi keçirilib. Bu barədə Cadena Ser məlumat yayıb. Xəbərdə bildirilri ki, tərəflər keçidin bütün detallarını həll ediblər. Suaresin transferi kataloniyalılara 90 milyon avroya başa gələcək. Uruqvaylı forvardın FİFA tərəfindən 4 aylığa cəzalanması da “Barsa” rəhbərliyini qorxutmayıb. Qeyd edək ki, Suares İngiltərə çempionatının ötən mövsümündə 33 oyuna 31 qol vurub və 12 məhsuldar ötürməylə yadda qalıb.

"Barselona" Suaresin transferini həll etdi - 90 milyon

XƏBƏR LENTİ