Spreylərdən hakimlərimiz də istifadə edəcək

Sayta qoyulub: 14:23 04.07.2014 (125 dəfə oxunub)

AFFA Hakimlər Komitəsi Topaz Premyer Liqasının yeni mövsümündə FİFA-nın Braziliyadakı yeniliklərindən birini tətbiq etməyə hazırlaşır. Komitə sədri Xaqani Məmmədov bildirib ki, daha çox cərimə zərbələri zamanı istifadə olunan spreylərdən Azərbaycanda da yararlanacaqlar:

"Biz də hakimlərimizin Premyer Liqa oyunları zamanı bu metoddan istifadə etməsini istəyirik. Əgər çatdıra bilsək, elə ilk turdan etibarən hakimlərimizin əlində bunları görə biləcəksiz. Hərdən FİFA-dan nəsə sifariş verəndə, aylarla gözləməli olursan. Gec-tez bizim hakimlər də bundan istifadə edəcəklər".

XƏBƏR LENTİ