"Xəzər-Lənkəran" nəhayət ki, Rauf Əliyevlə anlaşdı

Sayta qoyulub: 14:35 04.07.2014 (312 dəfə oxunub)

Türkiyənin Ərzurum bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” növbəti transferini həyata keçirməyə yaxındı. Cənub təmsilçisi uzun müddətdi heyətinə qatmaq istədiyi Rauf Əliyevlə anlaşıb.

 “Bakı”da uzun müddətdi maaşını ala bilməyən 25 yaşlı hücumçu artıq paytaxt klubundan ayrılıb. Millimizin üzvü sabah “Xəzər Lənkəran”ın Türkiyədəki təlim-məşq toplanışına qoşulacaq. Böyük ehtimalla tərəflər arasında 2 illik müqavilə imzalanacaq.

 Peşəkar karyerasına 2006-cı ildə “Qarabağ”da başlayan Rauf Əliyev 2013-cü ilə qədər Ağdam klubunda oynayıb. Bu komandada 131 oyunda rəqib qapılarına 23 dəfə yol tapmağı bacarıb. Ötən mövsümün əvvəlində “Bakı”ya transfer olunan hücumçu paytaxt klubunun heyətində 24 dəfə meydana çıxıb və 6 qolun müəllifidir.

XƏBƏR LENTİ