"Oğuz Çətinin ürəyində yox, mədəsində problem vardı"

Sayta qoyulub: 14:46 04.07.2014 (69 dəfə oxunub)

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin səhhətindəki problemin dəqiq səbəbi bəlli olub. Bu barədə hazırda Ərzurumda olan Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. 

Klub rəsmisi türkiyəli mütəxəssisin səhhətində ciddi problemin olmadığını bildirib: "Oğuz Çətinin infarkt keçirdiyi, ürəyində problem olduğu yalandır. Dünən onun mədəsində şiddətli ağrılar var idi. Bu səbəbdən də xəstəxanaya müraciət etdik. Təhlillər aparıldı və məlum oldu ki, onun sağlamlığında ciddi bir problem yoxdur. Dünən xəstəxanada qaldı. Bir qədər sonra xəstəxanadan buraxılacaq və axşam saatlarında komandanın yanında olacaq".

XƏBƏR LENTİ