Luis Suares 4 ay məşq edə bilməyəcək.

Sayta qoyulub: 17:22 04.07.2014 (1118 dəfə oxunub)

FİFA Luis Suaresin Corco Kyellinini dişlədiyinə görə 4 aylıq diskvalifikasiya zamanı komandası ilə məşqə çıxa bilməyəcəyini təsdiqləyib. 

 

Ali futbol qurumunun nizam-intizam komitəsinin sədri Klaudio Sulser bu gün bildirib ki, futbolçu məşq proseslərinə qatıla biləcək, lakin FİFA bu sözlərin həqiqətə uyğun olmadığını açıqlayıb. 

 

Buna baxmayaraq, uruqvaylı futbolçu başqa kluba transfer olunarsa, tibbi müayinədən keçə biləcək. 

 

Xatırladaq ki, Uruqvay Futbol Federasiyası Suaresin cəzası ilə bağlı apelyasiya verib. 

Luis Suares 4 ay məşq edə bilməyəcək.

XƏBƏR LENTİ