Morata "Yuventus"a keçəcək.

Sayta qoyulub: 20:13 04.07.2014 (888 dəfə oxunub)

"Real"ın 21 yaşlı futbolçusu Alvaro Morata "Yuventus" lehinə seçim edib. "Real"ı tərk etmək qərarına gələn ispaniyalı hücumçu ilə bir çox Avropa klubları maraqlanırdı. 

 

"Artıq özüm üçün qərar vermişəm. Karyeramı "Yuventus"da davam etdirmək istəyirəm", - deyə Morata bildirib. 

 

Marko Vuçiniçin "Əl-Cəzirə"yə keçidindən sonra və Fabio Kvalyarellanın "Yuventus"dan gedə biləcəyi bir vaxtda Morata Turində oyun təcrübəsi qazanmağı düşünür.  

 

Daha əvvəl qeyd olunurdu ki, Turin klubu Morataya görə 20 milyon avro ödəyə bilər. "Kral klubu" futbolçunu qaytarmaq qərarına gəlsə, 25 milyon avrosundan keçməli olacaq. 

Morata "Yuventus"a keçəcək.

XƏBƏR LENTİ