"Barsa" Suaresə görə 70 milyon funtdan çox ödəmək istəmir.

Sayta qoyulub: 20:36 04.07.2014 (316 dəfə oxunub)

"Barselona" "Liverpul"un hücumçusu Luis Suaresin transfer qiymətinin azalacağına ümid edir. El Mundo Deportivonun məlumatına görə, katalonlar ingilis klubu ilə danışıqlarda irəliləyiş əldə ediblər. 

 

Londonda klub rəhbərlikləri səviyyəsində baş tutan son görüşdə "Barselona" nümayəndələri Suaresə görə 70 milyon funtdan çox ödəməyəcəklərini gizlətməyiblər. "Liverpul" isə futbolçuya görə 88 milyon funt gəlir əldə etmək fikrindədir. 


Hücumçunun "Barselona"ya keçmək istədiyini nəzərə alan katalonlar, onun qiymətinin aşağı düşəcəyini gözləyirlər. 

"Barsa" Suaresə görə 70 milyon funtdan çox ödəmək istəmir.

XƏBƏR LENTİ