Yayın ən böyük transferi həyata keçir

Sayta qoyulub: 09:24 18.07.2014 (6474 dəfə oxunub)

«Real» və  «Моnако» komandalarının Xames Rodrigesin keçidilə bağlı danışıqları başa çatmaq üzrədir. 

Bəzi informasiya agentliklərinin məlumatına görə artıq tərəflər razılığa gəliblər. Sadəcə olaraq bunu ictimaiyyətə bildirmək qalır. Bu da yeni həftənin ilk günlərində baş tutmalıdır.

Futbolçunun keçidi 80-90 milyon avroya başa gəlməlidir. Hazırda tərəflər bu məbləğin bir hissəsi kimi hansı futbolçuların Realdan Monakoya yollana biləcəyini müzakirə edirlər. Pepe və Koentraonu Monakonun istəməsinə baxmayaraq madridlilər bu iki futbolçunu vermək istəməyiblər. Belə olan halda knyazlıq təmsilçisi Dieqo Lopesi tələb edib. Hazırda qapıçı düşünmək üçün vaxt istəyib.

Lopesin də etiraz edəcəyi təqdirdə klublar Sami Xedira variantı üzərində düşünəcəklər.

Əlavə edək ki, Xames Rodrigesin yaxınları artıq futbolçunun Reala keçidinin rəsmiləşdiyi haqda məlumatlar yaymağa başlayıblar.

 

Yayın ən böyük transferi həyata keçir

XƏBƏR LENTİ