Radamel Falkao da Realda

Sayta qoyulub: 15:08 25.07.2014 (6354 dəfə oxunub)

"Real"  Monako ilə Radamel Falkaonun transferinin razılığını əldə edib. ABC-nin verdiyi məlumata görə kral klubu futbolçunu bir illiyə icarəyə götürəcək və gələn il də tam olaraq alacaq. Bir illik icarəyə görə Real Monakoya 12 milyon avro ödəyəcək. Gələn il isə transfer üçün 33 milyon avro ödəniləcək. Bu da ümumilikdə 45 milyon avro deməkdir.

Keçidin baş tutması üçün 28 yaşlı futbolçunun transfer pəncərəsinin sonuna qədər tam sağalması lazımdır. Bu danışıqlarda şərt kimi qəbul edilib. Xatırladaq ki, Falkao yanvar ayında aldığı zədə səbəbilə müalicə olunur.Ötən mövsümün Fransa çempionatında forvard 17 oyunda 9 qol vurmuşdu.


Radamel Falkao da Realda

XƏBƏR LENTİ