Qadın boksçumuz 1/4 finalda

Sayta qoyulub: 08:01 16.05.2012 (144 dəfə oxunub)

Çin Xalq Respublikasının Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. 75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vıstropova yarışda növbəti qələbəsini qazanıb. Milli komandamızın üzvü Rumıniya təmsilçisi Luminita Turçin üzərində aşkar üstünlüklə qələbə qazanıb. Hesab 10:2 boksçumuzun xeyrinə olarkən rəqib idmançı döyüşü davam etdirə bilməyib. Bu qələbədən sonra 1\4 finala vəsiqə qazanan Vıstropovanın növbəti rəqibi ukraynalı Liliya Durniyeva olacaq. Qeyd edək ki, bu artıq boksçumuzun dünya çempionatında 3-cü qələbəsi idi. Olimpiya oyunlarına lisenziya xarakterli yarışda digər boksçumuz Ayzanat Hacıyeva ilk görüşdəcə məğlub omuşdu. Xatırladaq ki, dünya çempionatında həmyerlimiz Rövşən Hüseynov hakimlik edir.

XƏBƏR LENTİ