Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

Sayta qoyulub: 10:38 16.05.2012 (254 dəfə oxunub)

 

Mayın 15-18-də Hövsan Olimpiya Idman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək.

FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq birincilikdə respublikanın demək olar ki, bütün bölgələrini təmsil edən 1995-96-cı il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaqlar.

Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini takmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Turnirin proqramına əsasən, mayın 15-16-da sərbəst, mayın 17-18-də isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcək.

Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış marasimi mayın 15-i, saat 17:00-a təyin edilib. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

XƏBƏR LENTİ