Elvin Məmmədov məşqlərə başladı

Sayta qoyulub: 13:11 13.08.2014 (72 dəfə oxunub)

“İnter”in aparıcı üzvü Elvin Məmmədov zədəsini bərpa edib. Bir müddətdir yaşıl meydanlardan kənarda qalan futbolçu bu gündən etibarən komandayla birgə məşqlərə başlayacaq.

Elvin Məmmədov sonuncu dəfə Avroliqanın I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldova “Tiraspol”a qarşı baş tutan görüşdə meydana çıxıb. Cavab oyunu öncəsi zədə alan yarımmüdafiəçi, bu səbəbdən moldovanlarla cavab oyununu, “Elfsborq”la hər iki görüşü, eləcə də “Qəbələ” ilə matçı kənardan izləyib. 

XƏBƏR LENTİ