Bakıda polo üzrə dünya kuboku keçiriləcək

Sayta qoyulub: 13:22 13.08.2014 (54 dəfə oxunub)

Bakıda polo üzrə dünya kuboku keçiriləcək5-7 sentyabr 2014-cü il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində Polo üzrə Dünya Kuboku keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Arqentina, ABŞ və Avropa Birliyi olmaq üzrə dörd komanda yarışacaq.

Turnir yüksək mükafat fondu təşkil edəcək.

5 sentyabr
Yarışlardan sonra “Jumeirah Bilgah Beach Hotel”-də diskoteka

6 sentyabr
Dünyaca məşhur “İn-Grid” və “I Love İtaly”  qruplarının konsert proqramı

7 sentyabr
Bağlanış tədbiri

Biletləri şəhər kassalarından, “Khazar Golden Beach Hotel” və “Elite Horse and Polo Club”-dan əldə etməyə tələsin.

XƏBƏR LENTİ