"Qarabağ" Reynaldonu "Zalsburq"a satmaq istəmir

Sayta qoyulub: 14:15 13.08.2014 (522 dəfə oxunub)

“Qarabağ”ın braziliyalı legioneri Reynaldonun daha tanınmış klubların maraq dairəsində olduğu məlumdur. Onun ünvanına Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunlarından sonra iki klubdan konkret təklif gəlib.

Xüsusən də, Avstriya çempionu “Zalsburq” onun xidmətində maraqlıdır. Baş məşqçi Adi Hutterin istəyinə uyğun olaraq, ilk oyundan sonra Reynaldoya görə 1 milyon avroluq təklif irəli sürülüb. “Zalsburq” tərəfi məbləği 500 min artıra biləcəyini də qeyd edib. Amma “Qarabağ” bununla razılaşmayıb. Hazırda isə “Zalsburq” braziliyalı oyunçuya görə hətta 3 milyon avroya qədər xərcləməyə hazırdır. Amma Avropa Liqasının pley-off mərhələsində oynayacaq və qrupa düşməyi real görünən “Qarabağ” Reynaldonu satmağı düşünmür.

XƏBƏR LENTİ