"Bakı" hələ də sənədləri PFL-ə təqdim etməyib

Sayta qoyulub: 14:17 13.08.2014 (94 dəfə oxunub)

Bildiyiniz kimi, Topaz Premyer Liqasının ilk turunun açılış oyunu təxirə salındı. Buna səbəb “Bakı”nın lazımi sənədləri Peşəkar Futbol Liqasına təqdim etməməsi oldu. Son məlumata görə, “Bakı” bu işin öhdəsindən hələ də gəlməyib. “Bakı”nın hazırda iki böyük problemi var. Bunlar futbolçuların sənədlərinin, müqavilələrinin tənzimlənib PFL-ə təqdim olunması və bank təminatı.

Paytaxt təmsilçisi bu işləri maksimum avqustun 15-dək yoluna qoymalıdır.

XƏBƏR LENTİ