"Qarabağ" "İnter"lə oyunun hazırlığına başladı

Sayta qoyulub: 17:34 13.08.2014 (60 dəfə oxunub)

"Qarabağ" məşqlərə başlayıb. Premyer Liqanın 2-ci turunda "İnter"i qəbul edəcək bu komanda 1 günlük aradan sonra məşqlərini bərpa edib. Bazar günü "Sumqayıt"la qarşılaşan ağdamlılar həftənin ilk gününü bərpa prosesiylə keçirmişdi. Dünən isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandaya istirahət imkanı yaratmışdı.

Bu günə komandanın 2 məşqi nəzərdə tutulub. Futbolçular ilk məşqi trenajor zalında keçiriblər. İkinci məşq isə yaşıl meydanda baş tutub. 

XƏBƏR LENTİ