Millimizdən növbəti məğlubiyyət

Sayta qoyulub: 17:36 13.08.2014 (150 dəfə oxunub)

17 yaşadək qızlardan ibarət yığmalar arasında UEFA-nın inkişaf mini-turnirində II tura start verilib. Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş yarışın ikinci günündə Azərbaycan millisi Türkiyə ilə qarşılaşıb.

 İlk oyunda Farer adalarına 0:1 hesabı ilə uduzan komandamız meydanı yenə xalsız tərk edib – 0:2. Hər hissədə 1 qol vuran türkiyəlilər isə ikinci qələbəsini qazanıb. Millimizin rəqibi ilk turda meydan sahiblərinin qapısından 3 cavabsız qol keçirmişdi.

 Qeyd edək ki, II tura Estoniya – Farer adaları matçı ilə yekun vurulacaq.

XƏBƏR LENTİ