"Xəzər-Lənkəran"ln istədiyi qapıçı Fransa klubuna keçə bilər

Sayta qoyulub: 17:44 13.08.2014 (199 dəfə oxunub)

“Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi rumıniyalı qapıçı Kristian Balqradyen karyerasını Fransada davam etdirə bilər.

Onun xidmətində "Tuluza" klubu maraqlıdır.

 Rumıniya mətbuatının yazdığına görə, Buxarest “Dinamo”sundan ayrılan çərçivə qoruyucusuna bir çox təkliflər var. Bunların içərisində ən cəlbedicisi isə “Tuluza”dan gəlib. Hazırda tərəflər arasında danışıqlar gedir. Fransa klubunda daha iki rumıniyalı futbolçunun - Mihay Roman və Draqos Qriqeronun olması Balqradyenin ora keçidini asanlaşdırır. Hazırda tərəflər arasında danışqılar gedir.

 Qeyd edək ki, “Xəzər Lənkəran” da rumıniyalı qolkiperi heyətinə qatmaqda maraqlıdır.

 

XƏBƏR LENTİ